...

Nazir: Azərbaycan gənclərlə iş sahəsində ən qabaqcıl ölkələrdən biridir

Siyasət Materials 18 Dekabr 2017 16:42 (UTC +04:00)
Azərbaycan gənclərlə iş sahəsində ən qabaqcıl ölkələrdən biridir.
Nazir: Azərbaycan gənclərlə iş sahəsində ən qabaqcıl ölkələrdən biridir

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycan gənclərlə iş sahəsində ən qabaqcıl ölkələrdən biridir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gənclər və İdman Nazirliyində “Gənclərlə işin təşkilində innovativ üsullar” mövzusunda seminarın iştirakçılarına Sorbonna Universitetinin sertifikatlarının təqdim olunması mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Azərbaycan gəncliyinin nümunəsi ölkədən kənarda da tanınır və BMT tərəfindən fəal şəkildə dəstəklənir: “Azərbaycan Avropada və bütün dünyada maraqlı layihə və təşəbbüslərlə çıxış edir və mən əminliklə deyə bilərəm ki, bu gün gənclərlə iş sahəsində Azərbaycan liderlər arasındadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti