...

Qazaxıstan Məclisi Azərbaycanla beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edib

Siyasət Materials 20 Dekabr 2017 09:54 (UTC +04:00)
Qazaxıstan Məclisinin plenar iclasında Azərbaycan və Qazaxıstan hökumətləri arasında beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edilib.
Qazaxıstan Məclisi Azərbaycanla beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edib

Bakı. Nigar Quliyeva - Trend:

Qazaxıstan Məclisinin plenar iclasında Azərbaycan və Qazaxıstan hökumətləri arasında beynəlxalq avtomobil nəqliyyatı haqqında saziş təsdiq edilib.

Trend-in məlumatına görə, iclasda çıxış edən investisiyalar və inkişaf naziri Jenis Qasımbek deyib ki, Azərbaycanla saziş ölkənin tranzit potensialının inkişafına və Mərkəzi Asiyada iri logistik habın yaradılması məqsədilə yük axınının cəlb edilməsinə kömək edəcək.

Nazir bildirib ki, 2016-cı ildə Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 16 faiz artaraq 6,2 min ton təşkil edib:

"Bu sazişin həyata keçirilməsi Qazaxıstan-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafına da imkan verəcək".

Qeyd edək ki, saziş 2017-ci il aprelin 3-də Bakıda imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti