...

Ziyafət Əsgərov: Aİ-nin qətnaməsi Prezident İlham Əliyevin çox düzgün apardığı xarici siyasətin nəticəsidir (YENİLƏNİB)

Siyasət Materials 23 Dekabr 2017 12:14 (UTC +04:00)
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa İttifaqının (Aİ) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Ziyafət Əsgərov: Aİ-nin qətnaməsi Prezident İlham Əliyevin çox düzgün apardığı xarici siyasətin nəticəsidir (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa İttifaqının (Aİ) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Trend-in məlumatına görə, Z.Əsgərov bildirib ki, belə qətnamələrin qəbulu Azərbaycan Prezidenti İlham Əliyevin çox düzgün apardığı xarici siyasətin nəticəsidir:

"Artıq Avropa İttifaqında da anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Bütün ölkələrə eyni yanaşma olmalıdır. Birinin ərazi bütövlüyünün tanınması, digərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir".

Z.Əsgərov bildirib ki, bu, yalnız Aropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması demək deyil, eyni zamanda artıq Aİ tərəfindən bir öhdəlikdir: "Bunlar artıq bütün danışıqlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni öz öhdəlikləri kimi qəbul edirlər".

Birinci vitse-spiker qeyd edib ki, Prezident İlham Əliyevin apardığı daxili siyasətin əsas faktoru insandır: "Yəni bizim daxili siyasətimizin fəlsəfəsi Azərbaycan vətəndaşının həyat səviyyəsini qaldırmaq, xarici siyasətdə isə Azərbyacanın milli maraqlarına cavab verən siyasət aparmaqdır".

Qeyd edək ki, dekabrın 13-də Avropa Parlamenti tərəfindən "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə qətnaməsi" qəbul olunub. Sənəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün dəstəklənməsinə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti