...

Prezident Rumen Radev: Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək

Siyasət Materials 24 Dekabr 2017 10:25 (UTC +04:00)
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident Rumen Radev: Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək

Bakı. Trend:

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu ilin oktyabr ayında Azərbaycan Respublikasına rəsmi səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə və əldə olunan nailiyyətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq inkişaf etməkdə və dərinləşməkdə davam edəcək. Çünki bu münasibətlərin möhkəm təməlində xalqlarımız arasındakı dostluq münasibətləri dayanır.

Sizin 2018-ci ildə Bolqarıstana səfərinizi arzu edirəm.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı çatdırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti