...

Petro Poroşenko: Fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukrayna və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək

Siyasət Materials 24 Dekabr 2017 13:21 (UTC +04:00)
Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidentini təbrik edib.
Petro Poroşenko: Fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukrayna və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək

Bakı. Trend:

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidentini təbrik edib.

Təbrikdə deyilir: "Zati-aliləri. Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Aramızda qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirirəm. Əminəm ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək.

Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti