Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzai Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. İzn verin, doğum gününüz münasibətilə Sizə Birləşmiş Millətlər Təşkilatı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, eləcə də ölkənizin və xalqınızın rifahı üçün göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayırıq.

Bu il BMT və Azərbaycan Respublikası arasında tərəfdaşlığın 25-ci ildönümü qeyd olundu. Bununla əlaqədar vurğulayıram ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq şəraitində birgə fəaliyyət göstərməyə hazırdır.

Sizi əmin edirəm ki, BMT Azərbaycan xalqının rifahı və təhlükəsiz gələcəyi naminə fəaliyyətinizin davam etdirilməsi və gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazırdır.

Zati-aliləri, Sizə dərin hörmət və ehtiramımı bildirirəm".

XXX

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, möhkəm cansağlığı, yaradıcılıq əzmi, gümrahlıq və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edib Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanması məqsədilə ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm".

XXX

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutskidən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Sizi ölkəmizin səmimi dostu kimi yaxşı tanıyırıq. Möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafına Sizin çox böyük şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, ölkələrimiz arasında çoxplanlı əməkdaşlıq nə qədər səmərəli olsa, Qafqaz regionunda həyat bir o qədər sabit və təhlükəsiz olacaq, biz birlikdə bir o qədər çox iqtisadi uğurlar qazanacağıq. Bu əlamətdar gündə mən həm də Azərbaycanın ümummilli lideri, müasir dövlətin əsasının formalaşması, Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi üçün çox işlər görmüş atanız Heydər Əliyevin xatirəsinə ehtiramımı bildirmək istəyirəm. Şübhəsiz ki, Siz dahi atanızın ənənələrini bundan sonra da şərəflə davam etdirərək Vətənin mənafeyi naminə öz vəzifə borcunuzu layiqincə yerinə yetirəcək, yeni, sanballı uğurlar qazanacaqsınız. Şəxsən mən aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə, Sizin mehriban ailənizə və Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, uğurlar, sülh, tərəqqi arzulayır və yeni - 2018-ci ildə ən xoş diləklərimi çatdırıram".

XXX

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan:

"Əziz İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolu ilə dinamik şəkildə irəliləyən, fəal xarici siyasət yürüdən, terrorizmə və ekstremizmə qarşı mübarizə, konfessiyalararası dialoqun inkişafı sahəsində mühüm təşəbbüslər irəli sürən qardaş Azərbaycan xalqının uğurları bizi sevindirir.

Ölkələrimiz və xalqlarımız arasında strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı anlaşma münasibətlərinin inkişafına, parlament xətti üzrə əməkdaşlığın və regionlararası əlaqələrin fəallaşmasına Sizin şəxsi töhfənizi biz çox yüksək qiymətləndiririk.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni zəfərlər arzu edirəm".

XXX

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan:

"Möhtərəm cənab Prezident. Sizi doğum gününüz münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

Uğurlu siyasətiniz və liderliyinizlə Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və hər ötən gün dünya səhnəsində yerini və nüfuzunu daha da möhkəmləndirir.

Eyni zamanda, Sizin Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və vurğulayıram ki, verdiyiniz mühüm töhfələr nəticəsində türk dünyasının birliyi, bərabərliyi daha da möhkəmlənib və çoxtərəfli əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

XXX

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin cəmiyyətdə təhsilin inkişafına, mənəvi, sosial, mədəni və iqtisadi tərəqqiyə, insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyiniz töhfələr səmimi heyranlıq doğurur. Siz - görkəmli dövlət xadimi doğum gününüzü çox yüksək yaradıcı güc və mənəvi qüvvə ilə qarşılayırsınız.

Fürsətdən istifadə edərək, Sizə uğurlar, cansağlığı, ruh yüksəkliyi və nəcib niyyətlərinizin həyata keçirilməsi üçün enerji, qüdrətli ölkənizə, Sizə və yaxınlarınıza xoşbəxtlik, əmin-amanlıq və firavanlıq diləyirəm".

XXX

Rusiya Rəssamlıq Akademiyasının Prezidenti Zurab Seretelidən:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz təcrübəli rəhbər, istedadlı diplomat və ən yüksək mədəniyyətə sahib insansınız. Siz XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfə verirsiniz.

Bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayır, Zati-alinizə və ailənizə ürəkdən xoşbəxtlik, əmin-amanlıq və tərəqqi diləyirəm".

XXX

“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin adınız Azərbaycan Respublikasının təşəkkülü və inkişafı salnaməsinə iqtisadi islahatların və dövlətçiliyin möhkəmlənməsinin memarı kimi qızıl hərflərlə yazılıb. Dövlət başçısı kimi ali vəzifədə fəaliyyət göstərdiyiniz illər ərzində Siz haqlı olaraq vətəndaşların hörmətini və sevgisini qazanmısınız. Bu gün Azərbaycan zəngin milli ənənələrini qayğı ilə qoruyub saxlayır, bütün dünyaya çox güclü sosial-iqtisadi dəyişiklikləri, vətəndaşların rifahının durmadan yüksəlməsini, respublikanın beynəlxalq aləmdə nüfuzunu nümayiş etdirir. Əminəm ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə daha güclü, firavan dövlət quruculuğu yolunu davam etdirəcək.

Hörmətli İlham Heydər oğlu, ölkənizin və onun vətəndaşlarının rifahı naminə Sizə səmimi qəlbdən yeni uğurlar və qələbələr, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

XXX

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, firavanlıq, nikbinlik, Azərbaycan Respublikasının tərəqqisi, əmin-amanlığı və sabitliyi naminə bundan sonra da uğurlu və səmərəli fəaliyyət arzulayır, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza ən xoş diləklərimi bildirirəm".

XXX

“Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Mixail Aqarunovdan:

"Möhtərəm cənab Prezident. Əziz İlham Heydər oğlu. Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mən yaşlı insanam və ömrümdə heç vaxt Heydər Əliyev kimi təcrübəli və böyük siyasi xadim görməmişəm. Bu gün isə biz – bakılılar ölkəmizin dövlət idarəçiliyi nəzəriyyəsi və praktikası sahəsində heyrətamiz dərəcədə savadlı bir siyasətçi tərəfindən idarə edilməsinə başqalarının heyran olduqlarını eşidəndə qürur duyuruq. Sizin adınız dünyanın bir sıra ölkələrində hörmətlə çəkilir. Sizin vəzifənizdə göstərdiyiniz hünərlər çoxlarını heyran edir. Bütün bunlara görə Sizə təşəkkür edirik. Sizə təşəkkür edirik ki, doğma Azərbaycanın imicini çox yüksək səviyyəyə qaldırmısınız. Biz hamımız, xaricdə yaşayan həmvətənlərimiz, Sizdən nümunə götürərək müasir Azərbaycanın reallıqlarını təbliğ edirik. Həm Sizin atanızla, həm də şəxsən Sizinlə görüşlərim mənim yaddaşımda ömürlük həkk olunub. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm".

XXX

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirib. Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında dərinləşməkdə olan əlaqələrin əhəmiyyətini vurğulamağa şadam.

Sankt-Peterburqun mədəni-işgüzar missiyası çərçivəsində Bakıdakı görüşümüzü xüsusi ehtiramla xatırlayıram. Biz, həmçinin Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində strateji tərəfdaşlığın inkişafına böyük əhəmiyyət veririk.

Əminəm ki, Sizin dəstəyinizlə Azərbaycan ilə Sankt-Peterburq arasında əlaqələr yeni qarşılıqlı faydalı layihələr və təşəbbüslərlə əlamətdar olacaq.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Daha beş ölkədən  turistlər Baliyə gələ biləcəklər
Daha beş ölkədən turistlər Baliyə gələ biləcəklər
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Loading Bars
Xəbər lenti
Bir sıra ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
"Instagram"ın işində fasilələr yaranıb
Türkiyədə son sutkada koronavirusdan 26 539 nəfər sağalıb
Latviyada koronavirus səbəbindən sərt qapanmalar tətbiq olunacaq
"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib
Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 19 oktyabr
Dünyada koronavirusa yoluxanların sayı 240 milyonu keçib
İsrail Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı "Twitter" səhifəsində paylaşım edib
Türkiyə Prezidenti Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib
Ceyhun Bayramovun NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb (FOTO)
"Apple" şirkəti yenilənmiş MacBook Pro noutbukunu təqdim edib
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ləğv oluna bilər
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətini qəbul edib
Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili hansı faydalar verəcək?
Azərbaycanın neft ixracı azalıb
Azərbaycana 65 minə yaxın avtomobil idxal olunub
Milli Məclisin sədri NATO nümayəndə heyəti ilə görüşüb (FOTO)
Azərbaycanın xarici ticarət dövriyyəsi 25 faizə yaxın artıb
Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq - Nazir müavini
Gürcüstanda teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar?
Tərtərdəki güllələnmə hadisəsi ilə bağlı cinayət işi açıldı (ƏLAVƏ OLUNUB)
Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara malikdir - Ali Radanın deputatı
Xətaidə ağacların qurumasının səbəbi araşdırılır
Ceyhun Bayramov BQXK-ın vitse-prezidenti ilə görüşüb (FOTO)
Əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 245 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib (FOTO)
ADA Universitetində Tələbə Klublarının ilk sərgisi keçirilib (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir (VİDEO)
Fəxrəddin Altun Azərbaycanı təbrik edib (FOTO)
Rasim Quliyevin işi üzrə icra başçısı dindirilib
Xudafərin körpüsünün azad edilməsi tarixi əhəmiyyət daşıyır - Hərbi ekspert
AQTA “Nəlbəki” restoranında pozuntu aşkarlayıb
Toya gedən koronavirus xəstəsi saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda əməliyyat: 23 nəfər saxlanıldı, 34 kiloqramdan artıq narkotik aşkarlandı
Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında iştirak edə bilər - Ukraynalı deputat
Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Aİ bir milyard dozadan çox koronavirus vaksini ixrac edib
İsrail və Azərbaycan regionda ümumi maraqları olan yaxşı tərəfdaş və müttəfiqdir - Sabiq vitse-spiker
Azərbaycanda bu işçilərin maaşı artıb
Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu - RƏSMİ
Fransa səfiri Azərbaycan Müstəqilliyinin Bərpa Olunması Günü ilə bağlı bəyanat yayıb
Bitkoinin qiyməti 62 min dolları ötüb
BDU-da da koronavirusa yoluxma halı qeydə alınıb
Xəzərdə zəlzələ olub
Lökbatan qəsəbəsində şəhid Şaiq Kəlbiyevin anım mərasimi keçirilib (FOTO)
Ombudsman Vətən müharibəsinə dair hesabatın təqdimatı ilə bağlı Türkiyəyə səfərə gedib
Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb
Cinsi təcavüzlə bağlı cinayət işi İstintaq idarəsinə həvalə edilib
18 Oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü adlandırılması tarixi ədalətə tam uyğundur - Deputat
Bərdədə törədilən qətlin istintaqı yekunlaşıb
ABŞ-ın sabiq dövlət katibi koronavirusdan vəfat edib
Tarixi Xudafərin körpüsündən FOTOREPORTAJ
Rusiya NATO-dakı nümayəndəliyinin işini dayandırır - Lavrov
Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib (FOTO)
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir
Sökülən evlərə və obyektlərə təzminat necə hesablanır?
ÄSTHETIK LAB saç tökülməsi problemindən qurtulmanıza kömək edəcək
İranda daha 181 nəfər koronavirusdan ölüb
Ermənistanın dirçəlməsi, inkişafı qonşuları, xüsusilə Azərbaycan ilə sülh şəraitində yaşamasından asılıdır - Deputat
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Nazirlikdən tikinti şirkətlərinə XƏBƏRDARLIQ
Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib (FOTO)
İsmayıllı meşəsində qanunsuz ağac kəsilib
Azərbaycan Dillər Universitetində “Çunyan” Çin bayramı qeyd olunub
Bölgədə sülhün təmin olunmasında dəstək göstərməyə hazırıq - NATO
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatıb
Texniki Universitetdə bir neçə qrup koronavirusa görə distant təhsilə keçib
Azərbaycan Avtomobil Federasiyası “Time Attack” yarışı təşkil edib (FOTO)
Vilyam Hacıyevin səhhəti il bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Nazirlik
Bakıda şadlıq sarayının rəhbəri cəzalandırılıb
Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Xudafərin və ətraf ərazilər bir nəfər də itki vermədən azad edilib - Əməliyyat iştirakçıları (FOTO/VİDEO)
Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu ötüb
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Yaxın günlərdə maaş və pensiyaların artırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq - Nazir
Yunanıstanda Pekin Qış Olimpiya Oyunlarının məşəli yandırılıb
Balakəndə karantini pozan toy sahibi cərimələnib (FOTO/VİDEO)
Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib - RƏSMİ
Kapital Bank 2021-ci ilin üçüncü rübünün nəticələrini elan edib
Xəzər rayonunda Vətən müharibəsi şəhidi Vüsal İsmayılzadənin doğum günü qeyd edilib (FOTO)
Prezident İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur (VİDEO)
“Azərbaycan Sənaye Korporasiyası” Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib (FOTO)
Azərbaycan rəsmi Yerevan barəsində təxirəsalınmaz tədbirlərin tətbiq olunmasına çağırıb
Azərbaycanda əmək müqaviləsi ilə çalışan Türkiyə vətəndaşlarının sayı 4 mindən çoxdur - Nazir
Sabah Bakıda yağış yağacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun! (FOTO)
Mövlud Çavuşoğlu Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycan və Türkiyənin sosial sahədə əməkdaşlıq əlaqələri genişlənəcək (FOTO)
Ermənistan tərəfindən əməli addımlar müşahidə etmirik - Nazir
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib
Prezident İlham Əliyev: Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı
Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb
Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb - Səttar Möhbalıyev
PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Bütün xəbərlər