...

Gürcüstan baş nazirinin təklifi Milli Məclisdə etirazla qarşılanıb

Siyasət Materials 29 Dekabr 2017 12:42 (UTC +04:00)
Gürcüstan baş nazirinin təklifi Milli Məclisdə etirazla qarşılanıb.
Gürcüstan baş nazirinin təklifi Milli Məclisdə etirazla qarşılanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Gürcüstan baş nazirinin təklifi Milli Məclisdə etirazla qarşılanıb.

Trend-in məlumatına görə, deputat Rasim Musabəyov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışında Gürcüstanla Ermənistan arasında nəqliyyat dəhlizinin yaradılması təklifinə narazılığını bildirib.

Milli Məclisin spikeri Oqtay Əsədov isə bildirib ki, Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək olub: “Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər".

Spiker vurğulayıb ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna bununla bağlı tapşırıq veriləcək, məsələ araşdırılacaq.

Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər. Həmin vaxt Gürcüstan müxalifəti baş nazirin təklifini sərt tənqid edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti