Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limani kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanıb. Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.

Dövlətimizin başçısının müvafiq Sərəncamının icrası ilə bağlı verilmiş tapşırığa əsasən, bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci ildə imzaladığı Sərəncama əsasən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün icra olunacaq işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib. Dövlətimizin başçısının bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə Tədbirlər Planı işlənib hazırlanıb və uğurla icra edilir. Sifarişçi tərəfindən xarici və yerli mütəxəssislərin iştirakı ilə limanın Baş Planı təkmilləşdirilərək müvafiq qaydada razılaşdırılıb və təsdiq edilib, layihə qrafiki buna müvafiq olaraq yenilənib. Tədbirlər Planı ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq edilib. Nəticədə işlərin dinamikası əvvəlki dövrlərlə müqayisədə beş dəfə artıb. Hazırda tikinti işləri yüksək sürətlə davam etdirilir və bu işlər kompleksin bütün seqmentlərini əhatə edir. Tikinti işlərinə 1500-ə yaxın işçi qüvvəsi və 300-ə qədər müxtəlif təyinatlı inşaat texnikası cəlb olunub. İnşaat işlərinin müvafiq müqavilələrə əsasən liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılması nəzərdə tutulur. Görülən işlər Xəzər dənizində üzən gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tonadək gəmilər daxil olur. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin 7 metrdən 9 metrə qədər artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə çəkisi 12 min tona qədər olan gəmilərin də sərbəst yanalmasını təmin edəcək.

Prezident İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verildi. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.

Dövlətimizin başçısı terminalın açılışını etdi.

Buradakı sistem suyun səviyyəsinin enib-qalxmasından asılı olmayaraq gəmilərin təhlükəsiz şəkildə körpüyə yanalmasını təmin edir. Layihə qrafikinə əsasən, bu il yanvarın sonunadək digər yeddi ümumi yük körpüsünün tikintisi tamamlanacaq. 2018-ci ilin birinci rübünün sonunadək isə anbarların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin inşasının, onların mühəndis-kommunikasiya xətlərinin çəkilməsinin, həmçinin yardımçı sistemlərin quraşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur. Limanın əməliyyat binasının inşası isə bu ilin mayında bitəcək.

Layihə çərçivəsində müasir tələblərə cavab verən informasiya texnologiyaları və təhlükəsizlik infrastrukturunun yaradılmasına xüsusi diqqət göstərilir. Bu məqsədlə liman ərazisində əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sisteminin və digər informasiya texnologiyaları komponentlərinin tətbiqi, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sisteminin yaradılması nəzərdə tutulur. İnformasiya texnologiyaları komponentinin tətbiqi ilə bilavasitə liman əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi təmin ediləcək. Ro-Ro terminalında tətbiq edilən və tam avtomatlaşmış informasiya texnologiyaları modullarından biri olan Liman Əməliyyat İdarəetmə Sistemi bütün prosesləri rahat və şəffaf şəkildə həyata keçirməyə imkan verir. Belə ki, Azərbaycanın dövlət sərhədini keçən və bu limana istiqamətlənən yükün elektron bəyannaməsi Dövlət Gömrük Komitəsinin xətti ilə buradakı Əməliyyat İdarəetmə Sisteminə daxil olur. Nəticədə yükün limana gəlmə tarixi bəlli olur, onun gözləmə ərazisində yeri ayrılır, ödəmə xərci onlayn formada daşıma şirkətinə göndərilir. Limana daxil olan nəqliyyat vasitəsinin qeydiyyat nişanına əsasən yükə dair məlumat əməliyyat sistemində əks olunur və yük sahibi bu məlumatı müşahidə edə bilir. Sənədləşdirmə bitdikdən sonra TIR gəmiyə yüklənir, təyinat limanı isə yük, onun çatdırılma vaxtı və gəmi barədə məlumat əldə edir. Hazırda bu sistem vasitəsilə müvafiq dövlət və özəl qurumların, eləcə də Gürcüstan, Qazaxıstan və Türkmənistan limanlarının şəbəkəyə qoşulması işləri aparılır.

Sonra dövlətimizin başçısına hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limani kompleksinin inşaat ərazisində görülən işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev inşaat ərazisini gəzdi, işlərin gedişi ilə yaxından tanış oldu.

Yeni Bakı limanının tikintisində ən müasir standartlara cavab verən son mühəndislik yeniliklərindən istifadə olunur.

Layihə çərçivəsində, həmçinin gəmilərdən toplanmış neft tərkibli və məişət sularının təmizlənməsi üçün Xəzər dənizi hövzəsində ilk dəfə ən son texnologiyaya əsaslanan suyun bioloji təmizlənməsi qurğuları tikilib. İndiyədək 11 dəmir yolu xəttindən ibarət vaqonların qəbulu, göndərilməsi və çeşidlənməsi parkı yaradılıb.

Yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniyanın “Ardelt” şirkətindən müxtəlif yük təyinatlı yeni portal texnika alınıb və hazırda quraşdırılması həyata keçirilir.

Yeni liman ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql olunmasını təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limana daha geniş tranzit və daşıma imkanları təmin edəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir, Azərbaycanın tranzit potensialını gücləndirir.

"Instagram"ın işində qüsurlar yaranıb
"Instagram"ın işində qüsurlar yaranıb
"Azərkosmos": Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır
"Azərkosmos": Vardenis-Ağdərə yolu da daxil olmaqla bütün Azərbaycan ərazisində davamlı monitorinqlər aparılır
"Google"ın işində qüsurlar yaranıb
"Google"ın işində qüsurlar yaranıb
Loading Bars
Xəbər lenti
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirib
"Instagram"ın işində qüsurlar yaranıb
Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb
Ceyhun Bayramov Niderland Xarici İşlər naziri ilə telefon danışığı aparıb
Bu gün Azərbaycan Ordusu öz torpağında vuruşur - “Hədəf”də MÜZAKİRƏ
Müdafiə Nazirliyi: Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb
Prezident İlham Əliyev: Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin
Azərbaycan Prezidenti: Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur
Prezident İlham Əliyev: Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür
Prezident İlham Əliyev: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
Türk Hava Yolları Azərbaycana həyata keçirilən uçuşların təxirə salınması ilə bağlı yayılan məlumatları təkzib edib
Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı maraqlı paylaşım edib
Ceyhun Bayramovun Latviyalı həmkarı ilə Qarabağı müzakirə edib
Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb (YENİLƏNİB-2)
Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri ilə telefon danışığı baş tutub
Kamran Əliyev Rusiya bas prokuroruna müraciət edib
Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub
Bosniya və Herseqovina Ermənistanın hücumlarını pislədi
ANAMA cəbhəboyu ərazilərdə təmizlənmə əməliyyatları aparır (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin
Politoloq: Ali Baş Komandan və xalq birliyinin qarşısında bütün qüvvələr acizdir
Emil Əfrasiyab beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb
İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov
Sədaqət Vəliyeva: Minlərlə könüllünün orduya yazılması Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir
Prezident İlham Əliyev: Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib
Ərəb analitik: Biz ürəyimizlə, ruhumuzla Azərbaycanı dəstəkləyirik
Mədəniyyət Nazirliyinin AYB ilə birgə təşkil etdiyi hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
AQTA yanında İctimai Şuranın seçki komissiyasının iclası keçirilib
Prezident İlham Əliyev: Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir
Prezident İlham Əliyev: Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir
Prezident İlham Əliyev: Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir
Türkiyə Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 ilə vurulduğu barədə İrəvanın məlumatını təkzib edib
Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib (FOTO)
Vaqif Dərgahlı: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı ilə vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır
Ekspert: Ermənistanın Qarabağda istənilən fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuzdur
Bundestaqın üzvü: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir
Hüquqşünas: Ninoçminda və Axalkalakidəki ermənilərin Qarabağa savaşmaq üçün qeydiyyata alınması cinayət əməlidir
Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti açıqladı
Bakıda mənzildə meyit tapılıb
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə Ermənistanın dezinformasiya siyasətindən danışıb
Azərbaycan səfiri: Ermənistan rəhbərliyi danışıqlar prosesi ilə bağlı absurd bəyanatlar verir
Sekuta: Dağlıq Qarabağın və ətraf ərazilərin işğalı Avropada sülh və təhlükəsizliyi sarsıdır
Koronavirusun qarşısının alınması məqsədi ilə paytaxt polisi növbəti tədbir keçirib (FOTO)
Gürcüstandakı səfirlik: Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır
“Atəşgah” Sığorta Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 AZN vəsait ayırıb
Deputat: Ordumuzun qarşısında aciz qalan ermənilər mülki əhalini atəşə tutur
Belçikalı deputat: Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir
Sentyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Azərbaycanda 58 nəfər COVID-19-a yoluxdu, 102 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Qazaxda top mərmisi tapılıb (FOTO)
Trend BİA-nın baş redaktoru ərəb telekanallarına Dağlıq Qarabağdakı vəziyyəti şərh edib (FOTO/VİDEO)
"ASAN Məktub" - Vətən sərhəddən başlayır (FOTO)
ATƏT-in Daimi Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirəcək
Gürcüstan parlamentinin keçmiş deputatı Cavaxetiyadan Ermənistana aparılan yardımları pislədi
Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
Gürcü ekspert: Erməni geosiyasi məkanı dünyanın siyasi xəritəsindən silinə bilər
Dövlət Xidməti: Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb (FOTO)
Konsul: Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində irəliləyişin olmaması hərbi əməliyyatlara gətirib çıxarıb
Politoloq: Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur
Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir (VİDEO)
İordaniya Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir
9 illik təhsil bazasından kolleclərə əlavə yerləşdirmə üçün ixtisas seçiminə başlanılıb
Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Dağlıq Qarabağla bağlı müzakirələr aparıb
Pakistan vətəndaşı Prezidentə yazır: Başladığınız haqq işində bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür
Volodin: Dövlət Duması Qarabağda vəziyyətin tənzimlənməsinə töhfə verməlidir
Səfir: Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib
Baş Prokurorluq erməni təxribatı nəticəsində hazırkı vaxtadək dəymiş zərəri açıqladı
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Dağlıq Qarabağla bağlı bəyanat yayıb
YT Parkın direktoru: Zavodumuz Azərbaycan Ordusunu mühərrik yağları ilə təchiz etməyə hazırdır
Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib (FOTO)
Azərbaycan əsilli rusiyalı iş adamı həmvətənlərimizə müraciət edib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədrinə təşəkkür məktubu ünvanlayıb
YAP Ermənistanın yeni hərbi təxribatları ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına müraciət ünvanlayıb
Bakıda əyani formada dərslərə davamiyyət 85-90 faiz olub
FHN hərbi vəziyyətlə bağlı gücləndirilmiş rejimə keçdi
ABŞ Dövlət katibi Ermənistan və Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı
Türkiyə BMM-in Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
Sahibə Qafarova ilə ATƏT PA Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti müzakirə edib
Rezidenturaya qəbul üçün keçid balları açıqlanıb
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycanla həmrəydir
Deputat: Ermənistan yenə də riyakarlıq göstərərək Azərbaycanın mülki əhalisini hədəfə alır
Vaqif Dərgahlı: Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək
Prezidentə yazırlar: Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, ordumuzun yanındadır
Azərbaycanı danışıqlara dəvət edən qurumlar bilməlidir ki, Azərbaycan işğalçı deyil - Deputat
Türkiyə Prezidentinin baş müşaviri: Türkiyə Azərbaycanın ədalətli mübarizəsində hər zaman onun yanındadır
Zeynalabdin Tağıyevin nəticəsi Alban Klouddan Azərbaycana maraqlı dəstək gəlib
İranda 207 nəfər koronavirusdan ölüb
Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın hərbi-siyasi cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
AQTA pandemiya şəraitində fəaliyyət göstərən təhsil müəssisələrində hansı qaydalara əməl olunmasının vacibliyini açıqlayıb
İran hökumətinin sözçüsü: Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın səfiri ilə Tacikistanın Xarici İşlər nazirinin birinci müavini arasında görüş olub (FOTO)
bp Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün sənədin müzakirəsini təxirə salıb
Bütün xəbərlər