...

Deputatlarımız yeni reyslə Bolqarıstana yola düşüblər

Siyasət Materials 16 Yanvar 2018 09:19 (UTC +04:00)
Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.
Deputatlarımız yeni reyslə Bolqarıstana yola düşüblər

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə ediblər.

Deputatlarımız Bolqarıstan Parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Səfər yanvarın 19-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti