...

Prezident İlham Əliyev VTB Bankın prezidenti-sədri ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 23 Yanvar 2018 19:31 (UTC +04:00)
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda VTB Bankın prezidenti-sədri Andrey Kostin ilə görüşüb.
Prezident İlham Əliyev VTB Bankın prezidenti-sədri ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda VTB Bankın prezidenti-sədri Andrey Kostin ilə görüşüb.

Andrey Kostin Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını vurğulayaraq kapitalın həcmini artırmağa maraq göstərdiklərini bildirdi. VTB Bankın prezidenti qarşılıqlı investisiya imkanlarının öyrənilməsinin əhəmiyyətindən danışdı və Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğuladı. O, bu işlərdə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Prezident İlham Əliyev ölkəmizin VTB Bank ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu ifadə etdi, Azərbaycan Dövlət Neft Fondunun VTB Bankın fəal səhmdarlarından biri olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan tərəfinin VTB Bank ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi və bu əməkdaşlığın ölkəmizdə özəl sektorun fəaliyyətinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti