...

Azərbaycan silahlı münaqişələrin uşaqlar üçün yaratdığı fəsadların təhlil edilməsini təklif edib (YENİLƏNİB)

Siyasət Materials 25 Yanvar 2018 21:50 (UTC +04:00)
Azərbaycan silahlı münaqişələrin uşaqlar üçün yaratdığı fəsadları təhlil edilməsini təklif edib
Azərbaycan silahlı münaqişələrin uşaqlar üçün yaratdığı fəsadların təhlil edilməsini təklif edib (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan silahlı münaqişələrin uşaqlar üçün yaratdığı fəsadları təhlil edilməsini təklif edir.

Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Sevinc Fətəliyeva yanvarın 25-də Strasburqda AŞPA-nın qış sessiyasında çıxış edərkən deyib.

«Biz bir çox uşağların silahlı münaqişələr zonasında yaşadığını unutmamalıyıq»,- deyə o bildirib.

Sevinc Fətəliyeva əlavə edib ki, onun məruzəsinin məqsədi Suriya, Myanma, Sudan, Dnestryanı bölgə, Dağlıq Qarabağ və Ukraynadakı münaqişələrdən əziyyət çəkən uşağların taleyinə diqqət çəkməkdən ibarətdir.

O həmçinin münaqişələrdən əziyyət çəkən uşağların həyatının təhlükə altında olduğunu da qeyd edib.

«Silahlı münaqişə zonalarında uşaqlar Cenevrə Konvensiyası və BMT-in uşaq hüquqlarına dair Konvensiyasına uyğun olaraq xüsusi müdafiə ilə təmin olunmalıdır. Uşaqlar münaqişələrdən əziyyət çəkir və beynəlxalq ictimayyət onları qoruya bilmir. Bu ciddi bir problemdir. Biz silahlı münaqişələrin uşağlar üçün fəsadlarının təhlil olunmasını, onlara fəal müdaxilə edilməsini və bu münaqişələrə son qoyulmasını təklif edirik. Dünyanın bütün regionlarında münaqişələrdən əziyyət çəkən uşağların reabilitasiyası üzrə proqramlar hazırlanmalıdır. Əgər bir çox ölkələrdə olduğu kimi bütöv bir nəsillərin itirilməsini istəmiriksə, biz sadəcə olaraq onların taleyinə acımaqla kifayətlənməməliyik, biz onların taleyinə diqqət yetirməliyik», - deyə o bildirib.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə gəlib.

Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti