...

Rəcəb Tayyib Ərdoğan AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirdi

Siyasət Materials 26 Yanvar 2018 12:41 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirdi
Rəcəb Tayyib Ərdoğan AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.

Trend-in məlumatına görə, Türkiyə lideri S.Seyidova qurumun qış sessiyasında "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkürünü bildirib.

R.T.Ərdoğan qeyd edib: "Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm".

Prezident bildirib ki, "Zeytun budağı" yalnız və yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti