Bakı. Elçin Mehdiyev – Trend:
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Turkiyəyə səfər edib.
QMİ-dən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində keçiriləcək “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
A.Paşazadə konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.