...

Səfirlik: Qazaxıstanlı iş adamı Şuşada məscid tikintisini maliyyələşdirməyib

Siyasət Materials 3 Fevral 2018 13:49 (UTC +04:00)
Qazaxıstanlı iş adamı Kayrat Boranbayev Şuşa şəhərində məscid tikintisini maliyyələşdirməyib.
Səfirlik: Qazaxıstanlı iş adamı Şuşada məscid tikintisini maliyyələşdirməyib

Bakı. Ləman Zeynalova, Əli Mustafayev - Trend:

Qazaxıstanlı iş adamı Kayrat Boranbayev Şuşa şəhərində məscid tikintisini maliyyələşdirməyib.

Bu barədə Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, K.Boranbayev heç vaxt Dağlıq Qarabağa səfər etməyib və orada hər hansı layihənin maliyyələşdirilməsini planlaşdırmayıb və həyata keçirməyib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan mətbuatında yerli sahibkar, “Forbes” jurnalının versiyasına əsasən ölkənin 50 ən varlı şəxsi sırasında yer alan Kayrat Boranbayevin hazırda Ermənistanın işğalı altında Azərbaycanın Şuşa şəhərində Yuxarı məscidin bərpasını maliyyələşdirmək niyyətində olduğunu yazmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti