Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xarici işlər naziri E.Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak etmək üçün fevralın 8-də Brüsselə yola düşüb.
Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası fevralın 9-da keçiriləcək.