...

Əli Əhmədov prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib

Siyasət Materials 12 Fevral 2018 10:11 (UTC +04:00)
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib.
Əli Əhmədov prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib.

Partiyadan Trend-ə verilən məlumata görə, Ə.Əhmədov Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, fevralın 12-dən aprelin 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti