...

İranda qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

Siyasət Materials 18 Fevral 2018 13:38 (UTC +04:00)
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb
İranda qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Əlavə məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcəkdir.

Bu barədə Trend-ə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, Iranda qəzaya uğramış “ATR 72-500” təyyarəsinin göyərtəsində olan 66 nəfərin hamısı həlak olub.

Xəbər lenti

Xəbər lenti