...

“Baku Network” dünyanın aparıcı analitik mərkəzləri arasına daxil olub

Siyasət Materials 19 Fevral 2018 14:04 (UTC +04:00)
“Baku International Policy and Security Network” (Azərbaycan) 2018-ci il üçün aparıcı analitik mərkəzlərin ümumdünya indeks-reytinqinə daxil edilib.
“Baku Network” dünyanın aparıcı analitik mərkəzləri arasına daxil olub

Bakı. Trend:

“Baku International Policy and Security Network” (Azərbaycan) 2018-ci il üçün aparıcı analitik mərkəzlərin ümumdünya indeks-reytinqinə daxil edilib.

Bu fakt Azərbaycan QHT-nin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Trend-in məlumatına görə, “Baku Network” Azərbaycanın bu cür nüfuzlu reytinqdə yer alan ilk analitik mərkəzidir. Bu indeks-reytinq hər il ABŞ-da Pensilvaniya Universiteti nəzdində Loder İnstitutu tərəfindən dərc olunur.

Ötən ilin oktyabrında “Baku Network”un nümayəndələri Vaşinqton, Filadelfiya və Nyu-Yorda ABŞ-ın bir sıra “beyin mərkəzləri” və tədqiqat institutlarında görüşlər keçirmək üçün dəvət olunmuşdu. Bu görüşlər barədə danışan QHT-nin rəhbəri Elxan Ələsgərov qeyd edib ki, həmin institutlar ABŞ-ın xarici siyasətinin formalaşmasına ciddi təsir göstərir. Görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi siyasi və sosial-iqtisadi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyi barədə obyektiv məlumatlar diqqətə çatdırılıb.

Dünyanın aparıcı analitik mərkəzlərinin daxil olduğu indeks-reytinqdə bu il 100 ölkədən 165-dən çox araşdırma mərkəzi yer alıb. Bu indeks hər il beynəlxalq “beyin mərkəzləri” günü ərəfəsində yenilənir və onların fəallığının və səmərəliliyinin artmasına xidmət edir.

“Baku Network”un rəhbəri Elxan Ələsgərov mərkəzin illik indeks-reytinqə daxil olmasını Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması ilə əlaqələndirir: “Bu, geniş ekspert ictimaiyyəti tərəfindən ölkəmizə marağın artmasının, eləcə də Azərbaycanın dünya arenasında siyasi əhəmiyyətinin yüksəlməsinin göstəricisidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti