...

MSK: Prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq

Siyasət Materials 17 Mart 2018 16:47 (UTC +04:00)
Azərbaycanda prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq.
MSK: Prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda prezidentliyə namizədlərə həftədə 6 saat pulsuz efir vaxtı ayrılacaq.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyənləşdirilməsi məsələsinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həftədə ümumilikdə 6 saat efir vaxtı ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

Qərar verilib ki, püşkatma mərasimi MSK-nın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti