Prezident İlham Əliyev: Məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır

Prezident İlham Əliyev: Məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır

Bakı. Trend:

Məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev martın 25-də Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olarkən pambıqçılarla görüşü zamanı deyib.

Ölkə başçısı bildirib:

"Şadam ki, Bərdə rayonunda pambıqçılığın şöhrəti bərpa olunur. Vaxtilə böyük işlər görülmüşdü. Siz yaxşı bilirsiniz ki, 1970-1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Bərdə rayonunda pambıqçılıq geniş vüsət almışdı. Bərdə o vaxt pambıqçılıq sahəsində aparıcı rayonlardan biri idi. O vaxt əlbəttə ki, Azərbaycanda daha çox pambıq yığılırdı, 1981-ci ildə təxminən bir milyon tona çatmışdı. Təkcə Bərdə rayonu o vaxt 120 min ton pambıq təhvil verirdi. Ancaq əfsuslar olsun ki, son illər ərzində pambıqçılıq tənəzzülə uğramışdı. Ona görə, ciddi tədbirlər görüldü, dövlət bu işə lazımi dəstəyi göstərdi və qısa müddət ərzində pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdır, o cümlədən Bərdə rayonunda. Məndə olan məlumata görə, 2015-ci ildə Bərdədə cəmi 3 min ton pambıq yığılmışdır. Keçən il isə 22 min 400 ton. Görülən tədbirlər nəticəsində iki il ərzində pambığın tədarükü təxminən 7-8 dəfə artmışdır. Bax, bu texnika təzə texnikadır. Özü də bu traktorlar Azərbaycan istehsalıdır. Vaxtilə biz bu istehsalı "Belarus" şirkəti ilə birlikdə Gəncə şəhərində qurmuşuq. İndi də fermerlərin tələbatını yerli texnika ilə tam ödəyirik. Digər qoşqular, bunlar xaricdən gətirilib, gübrələr indi lazımi həcmdə verilir, suvarma işləri təşkil olunur. Yəni, pambıqçılığın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Yerli və mərkəzi icra orqanları, fermerlər, şirkətlər bu işlərdə çox fəal çalışırlar. Əlbəttə ki, vətəndaşlar üçün yeni iş yerləri yaradılır.

Bərdədə pambıqçılığın çox böyük ənənələri var. Burada yaşayan insanlar bu işi yaxşı bilirlər. İndi isə biz pambıqçılığı demək olar ki, bərpa etmişik. Əminəm ki, növbəti illərdə daha yüksək nəticə olacaq, məhsuldarlıq daha da artacaq. Buna imkan var. İndi fermer məlumat verdi ki, keçən il hektardan 27 sentner məhsul götürüb. Bu il isə öhdəlik götürüb ki, 35 sentner götürəcək. Məncə, tam realdır. Bu texnikanı, sizi, bu gübrələri, buraya gələn su xətlərini görəndə inam yaranır ki, məhsuldarlıq daha da yüksək ola bilər.

Beləliklə, həm iş yerləri yaradılır, həm ölkə iqtisadiyyatına, yerli istehsala təkan verilir. Çünki indi pambıqçılıq üçün lazım olan bir çox texnikanı, o cümlədən suvarma texnikasını biz özümüz istehsal edirik. Əgər bütün aqrotexniki tədbirlər düzgün təşkil olunarsa, hesab edirəm ki, ölkə üzrə hektardan məhsuldarlıq ən azı 20 sentner olmalıdır. Keçən il bir qədər aşağı idi. Biz bu məsələ ilə məşğuluq. Sabah keçiriləcək müşavirədə bu il görüləcək işlər haqqında danışacağıq. Ancaq məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır".

Prezident İlham Əliyev daha sonra qeyd edib: "Mən göstəriş vermişdim ki, daha çox iş yeri yaratmaq üçün, ilk növbədə, gərək vətəndaşlar bu işlərə dəvət olunsunlar, yaxşı məvacib verilsin. Biz pambığın satınalma qiymətini artırmışıq, indi 60 qəpikdir. Biz 45 qəpikdən başlamışdıq, sonra 50 qəpik oldu, indi 60 qəpikdir. İndi hər şey sizdən asılıdır. Nə qədər çox pambıq yığsanız məvacibiniz də o qədər çox olacaq. Mən istəyirəm ki, çox yığasınız, çox qazanasınız və ailə büdcənizə də yaxşı töhfə verəsiniz. Xüsusilə nəzərə alsaq ki, pambıqçılıqda kişilərlə bərabər daha çox qadınlar işləyir. Belə olan halda, ailə büdcəsinə hər iki tərəfdən vəsait daxil olacaq.

Görülən işlərlə bağlı sizi təbrik edirəm. Gələcək işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun".

AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib
“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib
Loading Bars
Xəbər lenti
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidinə “Qurani-Şərif” hədiyyə edib
Azərbaycan Prezidenti: Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik
Prezident İlham Əliyev: Bütün təzyiqlərə, bütün telefon zənglərinə, baxmayaraq, dedim ki, sona qədər gedəcəyik
Azərbaycan Prezidenti: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Ermənistan rəhbərliyi yaranmış reallığı adekvat qiymətləndirə bilmir
Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! (FOTO/VİDEO)
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bakıda keçmiş məhkumun evindən 25 kiloqram heroin aşkarlandı
Sumqayıtda polis narkobaronu 3,5 kiloqram heroinlə yaxaladı
Ötən il "Bibiheybət" gəmi təmiri zavodunda 71 gəmi təmir edilib
Maştağada narkotik alverçisinin evindən beşbarmaq çıxdı
“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib
İqtisadiyyat Nazirliyi Qarabağın çiçəklənən regiona çevrilməsinə kömək edəcək - Mikayıl Cabbarov
Sabah hava yağmursuz keçəcək
Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq - Texnikalar əraziyə gətirildi (FOTO/VİDEO)
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi (FOTO/VİDEO)
Ermənistanda müharibə vaxtı silah qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılıb
Tərtərdə gizli işləyən kafenin sahibi cərimələndi (FOTO/VİDEO)
Bakıda karantin qaydalarını pozan 2 kafe aşkarlandı, 26 nəfər saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)
Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb
Bütün xəbərlər