...

Moldova səfiri: Fransızdilli ölkələr dəstəyə görə Azərbaycana minnətdardırlar

Siyasət Materials 28 Mart 2018 19:13 (UTC +04:00)
Fransızdilli ölkələr Azərbaycana Frankofoniya həftələrini keçirdiyinə və fransız dilinə verdiyi dəstəyə görə minnətdardırlar.
Moldova səfiri: Fransızdilli ölkələr dəstəyə görə Azərbaycana minnətdardırlar

Bakı. Əli Mustafayev - Trend:

Fransızdilli ölkələr Azərbaycana Frankofoniya həftələrini keçirdiyinə və fransız dilinə verdiyi dəstəyə görə minnətdardırlar.

Trend-in məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri Qeorqe Leuka Frankofoniya həftəsinin başlanması münasibətilə keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Frankofoniya həftəsinin keçirilməsi ölkədə fransız dilinə, eləcə də fransız dilini öyrənmək istəyən vətəndaşlara Azərbaycanın verdiyi dəstəyin mühüm göstəricisidir.

Layihə çərçivəsində fransızdilli ölkələrin mədəniyyətlərinin nümayişi ilə bağlı bir sıra tədbirlər keçiriləcək.

Layihəyə dəstəyə görə, Fransa, Belçika, Mərakeş, İsveçrə, Rumıniya, Yunanıstan, Litva, Meksika səfirləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi də öz minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti