...

Deputat: İran Prezidentinin Azərbaycana səfəri iki ölkənin əməkdaşlığında yeni bir mərhələ açdı

Siyasət Materials 30 Mart 2018 08:02 (UTC +04:00)
İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri həm siyasi, həm də iqtisadi sahədə iki ölkə arasında əməkdaşlığın inkişafında yeni bir mərhələ açdı.
Deputat: İran Prezidentinin Azərbaycana səfəri iki ölkənin əməkdaşlığında yeni bir mərhələ açdı

Bakı. Elçin Mehdiyev - Trend:

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın inkişafında yeni bir mərhələ açdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov xatırladıb ki, səfər zamanı Azərbaycanla İran arasında bir sıra mühüm sənədlər imzalandı: "Bu sənədlər iki ölkə arasında əməkdaşlığın vacib sahələrini əhatə edir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü baza yaradır".

Millət vəkili vurğulayıb ki, İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir.

O bildirib ki, İranla Azərbaycan arasında əlaqələrin inkişafı təkcə iki ölkə üçün deyil, ümumilikdə region üçün çox əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti