...

Nuşirəvan Məhərrəmli: Xaricdən sosial şəbəkələr vasitəsilə anti-Azərbaycan kampaniyası aparanların məqsədi ölkədə sabitliyi pozmaqdır

Siyasət Materials 30 Mart 2018 14:53 (UTC +04:00)
Xaricdən sosial şəbəkələr vasitəsilə anti-Azərbaycan kampaniyası aparanların məqsədi ölkədə sabitliyi pozmaqdır.
Nuşirəvan Məhərrəmli: Xaricdən sosial şəbəkələr vasitəsilə anti-Azərbaycan kampaniyası aparanların məqsədi ölkədə sabitliyi pozmaqdır

Bakı. Elçin Mehdiyev – Trend:

Xaricdən sosial şəbəkələr vasitəsilə anti-Azərbaycan kampaniyası aparanların məqsədi ölkədə sabitliyi pozmaqdır.

Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli vurğulayıb ki, bu çirkin kampaniyanı aparanların məqsədi Azərbaycanın ən böyük uğurlarından biri olan siyasi sabitliyi pozmaqdır. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən ən sərt təhqir və söyüşlərdən istifadə edirlər:

"Azərbaycan dünyada sabitlik adasına çevrilib və bu siyasi sabitliyin qorunub saxlanmasında hər kəs mütəşəkkil mövqe ortaya qoymalıdır, həmin çirkin qüvvələrə qarşı mübarizə aparmalıdır. Biz bütövlükdə mütəşəkkil mövqe ilə, ictimai mövqe ilə həmin güclərin öhdəsindən gələrik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti