...

Azərbaycanda prezident seçkilərini ölkə üzrə 1300-ə yaxın müşahidəçi izləyəcək

Siyasət Materials 30 Mart 2018 16:44 (UTC +04:00)
Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.
Azərbaycanda prezident seçkilərini ölkə üzrə 1300-ə yaxın müşahidəçi izləyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, hazırda MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 543 nəfərdir, bir sıra beynəlxalq müşahidçilərin sənədləri isə MSK-da baxılmaqdadır və onların sayının artacağı istisna edilmir.

MSK sədrinin sözlərinə görə, seçkiləri 51 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 52 ölkəni təmsil edirlər.

Dairə seçki komissiyalarına isə müşahidə aparmaq üçün 53900 nəfər müraciət edib. M.Pənahov vurğulayıb ki, müşahidə aparmaq üçün müraciət edən bütün şəxslərə müsbət cavab verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti