...

Prezident İlham Əliyev Serbiya Baş nazirinin birinci müavini ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 5 Aprel 2018 11:30 (UTC +04:00)
Prezident İlham Əliyev Serbiya Baş nazirinin birinci müavini ilə görüşüb.
Prezident İlham Əliyev Serbiya Baş nazirinin birinci müavini ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxundu. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, Serbiya Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin səfərinin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu qeyd edən İvitsa Daçiç əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti