...

Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 10 Aprel 2018 16:16 (UTC +04:00)
Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti