...

Azərbaycanın İtaliyadakı səfirliyində səsvermədə seçici fəallığı müşahidə edilir (FOTO)

Siyasət Materials 11 Aprel 2018 17:29 (UTC +04:00)
İtaliyadakı səfirlikdə təşkil edilmiş 17 saylı Yasamal üçüncü seçki dairəsinin 35 saylı seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir.
Azərbaycanın İtaliyadakı səfirliyində səsvermədə seçici fəallığı müşahidə edilir (FOTO)

Bakı. Trend:

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində təşkil edilmiş 17 saylı Yasamal üçüncü seçki dairəsinin 35 saylı seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, səsvermədə seçici fəallığı müşahidə edilir. Məntəqədə seçicilərin sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. İtaliya paytaxtında yaşayan, təhsil alan Azərbaycan vətəndaşları məntəqəyə gələrək öz seçimlərini edirlər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti