...

"Rəy" Monitorinq Mərkəzinin "exit-poll"u: İlham Əliyev seçkilərdə 84,49 faiz səs toplayıb

Siyasət Materials 11 Aprel 2018 20:15 (UTC +04:00)
"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
"Rəy" Monitorinq Mərkəzinin "exit-poll"u: İlham Əliyev seçkilərdə 84,49 faiz səs toplayıb

Bakı. Trend:

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, "exit-poll"un nəticələrinə əsasən seçicilərin 84,49 faizi İlham Əliyevə səs verib.

Aparılmış tədqiqatın nəticəsi aşağıdakı kimidir:

- Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 84.49%;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3.72%;
- Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3.21%;
- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3.04%;
- Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.65%;
- Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1.57%;
- Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1.46%;
- "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0.86%.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti