...

Qazaxıstan Senatının üzvü: Prezident seçkilərində normal səsvermə üçün lazım olan hər şey edilmişdi

Siyasət Materials 12 Aprel 2018 10:12 (UTC +04:00)
Azərbaycandakı prezident seçkilərində normal səsvermə üçün lazım olan hər şey edilmişdi.
Qazaxıstan Senatının üzvü: Prezident seçkilərində normal səsvermə üçün lazım olan hər şey edilmişdi

Bakı. İlkin İzzət Bağırov - Trend:

Azərbaycandakı prezident seçkilərində normal səsvermə üçün lazım olan hər şey edilmişdi.

Trend-in məlumatına görə, bunu Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki zamanı heç bir qanun pozuntusunun şahidi olmayıblar: "İlk növbədə cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm! Həqiqətən, seçki ilə bağlı böyük təşkilati işlər görülüb. Hər yerdə yaxşı atmosfer vardı. Normal səsvermə üçün lazım olan hər şey edilmişdi. Olduğumuz məntəqələrin heç birində pozuntu şahidi olmadıq, hər şey qanuna uyğun təşkil olunmuşdu".

Qazaxıstan Məclisinin üzvü Maqerram Maqerramov də qeyd edib ki, onlar hansısa qanun pozuntusu ilə rastlaşmayiblar: "Biz Bakı və Sumqayıtda 10 məntəqədə olduq. Hər yerdə normal səsvermə gördük. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bizə məntəqələrdə kimsə narazılıq bildirmədi".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti