...

PA rəsmisi: Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub

Siyasət Materials 19 Aprel 2018 12:00 (UTC +04:00)
Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub.
PA rəsmisi: Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub

Bakı. Elçin Mehdiyev – Trend:

Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfransda çıxışı zaman deyib.

O qeyd edib ki, bu gün bir çox müsəlman ölkələrində problemlərin kökündə xarici təsirlər dayanır: “Hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və bu istiqamətdə ölkədə problemlərin yaradılmasına cəhdlər edilib. Zaman zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub, Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə olunub, ancaq dövlətin, Prezidentin həyata keçirdiyi uğurlu siyasət sayəsində buna nail ola bilməyiblər və bu gün biz dini sahədə irəliləyişlərə nail olmuşuq”.

C.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev din sahəsinə böyük qayğı göstərir. O bildirib ki, Azərbaycana kənar təsirlərin qarşısının alınması yalnız dövlətin vəzifəsi deyil, din xadimləri də bu məsələdə həssas olmalı və daha diqqətli fəaliyyət göstərməlidirlər: “Belə olan halda biz daha güclü olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti