...

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 24 Aprel 2018 17:26 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti