...

Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib (FOTO)

Siyasət Materials 25 Aprel 2018 12:05 (UTC +04:00)
Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib
Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.

Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti