...

Prezident İlham Əliyev Niderland kralını təbrik edib

Siyasət Materials 26 Aprel 2018 19:45 (UTC +04:00)
Prezident İlham Əliyev Niderlandın Kralı Villem-Aleksandra təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Niderland kralını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Niderlandın Kralı Villem-Aleksandra təbrik məktubu göndərib.

Məktubda deyilir: "Əlahəzrət, Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti