...

Deputatdan təklif: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilk növbədə Prezident İlham Əliyevə verilməlidir

Siyasət Materials 1 May 2018 12:49 (UTC +04:00)
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə verilməlidir.
Deputatdan təklif: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilk növbədə Prezident İlham Əliyevə verilməlidir

Bakı. Elçin Mehdiyev – Trend:

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə verilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Milli Məclisdə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubley medalının təsis edilməsi ilə bağlı müzakirələr zamanı deyib.

A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyev Azərbaycan üçün böyük işlər görüb, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı zəruri tapşırıqlar verib:

“Hesab edirəm ki, ilk növbədə bu medal Azərbaycan Prezidentinə təqdim edilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti