Bakı. Ləman Zeynalova - Trend:
Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə Trend Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.
Nazir Ukrayna-Azərbaycan siyasi məsləhətləşmələrində iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.