...

Misir dövlət telekanalında AXC-nin 100 illik yubileyinə həsr edilən veriliş yayımlanıb

Siyasət Materials 23 May 2018 14:31 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər dünyanın hər yerində davam edir.
Misir dövlət telekanalında AXC-nin 100 illik yubileyinə həsr edilən veriliş yayımlanıb

Bakı. Trend:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər dünyanın hər yerində davam edir. Tədbirlərin təntənəli keçirilməsində, şərqin ilk demokratik respublikası olan AXC-nin yaranma tarixi və o dövrdə görülən işlərlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında Azərbaycan diasporu əvəzsiz rol oynayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədiqatçı-alim Seymur Nəsirov Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalının “Diplomatik səhifələr” proqramında bu mövzuda çıxış edib.

Verilişdə Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.

S.Nəsirov Azərbaycanla Misir arasında tarixi əlaqələrdən söhbət açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti