...

Qaz İxracatçısı Ölkələrinin Forumu: "Cənub Qaz Dəhlizi" Azərbaycanın beynəlxalq qaz qovşağı kimi rolunu təsdiqləyir (YENİLƏNİB)

Siyasət Materials 29 May 2018 10:52 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın beynəlxalq qaz qovşağı kimi rolunu təsdiqləyir.
Qaz İxracatçısı Ölkələrinin Forumu: "Cənub Qaz Dəhlizi" Azərbaycanın beynəlxalq qaz qovşağı kimi rolunu təsdiqləyir (YENİLƏNİB)

Bakı. İlkin Şəfiyev, Azad Həsənli - Trend:

"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın beynəlxalq qaz qovşağı kimi rolunu təsdiqləyir.

Trend-in məlumatına görə, bunu Qaz İxracatçısı Ölkələrinin Forumunun baş katibi Yuri Sentyurin Bakıda keçirilən "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan qaz qovşağı mövqeyini Prezident İlham Əliyevin yürütdüyü müdrik və məqsədəuyğun siyasət sayəsində əldə edib:

"Təbii qaz bizim enerjiyə tələbatımızın təmin edilməsində əsas rol oynayacaq. "Cənub Qaz Dəhlizi" dünyada iri qaz layihələrindən biri kimi, Xəzər dənizindən Avropaya qaz tədarükünün təmin edilməsinə yönəlib. Bu layihə dövlət və özəl sektor arasında geniş əməkdaşlığı nəzərdə tutur. Bu gün 7 dövlət və 11 müstəqil şirkət bu iri layihəni başa çatdırmaq üçün birgə çalışır".

Y.Sentyurin əlavə edib ki, "Cənub Qaz Dəhlizi" tarixdə ilk dəfə olaraq Xəzər qazını Avropa bazarlarına çatdıraraq bütün regionun enerji xəritəsini dəyişməyə hesablanıb.

Baş katib bildirib ki, Avropa İttifaqı enerjiyə olan gələcək tələbatını təmin etmək üçün idxal imkanlarının gələcəkdə şaxələndirilməsinə ümid edir:

"Azərbaycanın maliyyə və siyasi baxımdan sadiqliyi layihənin reallaşdırılmasında mühüm rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti