...

Xələf Xələfov Almaniya Bundestaqının üzvü ilə görüşüb

Siyasət Materials 29 May 2018 19:23
Xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Bundestaqının üzvü Nikolas Löbeli qəbul edib.
Xələf Xələfov Almaniya Bundestaqının üzvü ilə görüşüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Bundestaqının Xarici Əlaqələr, eləcə də Mədəniyyət və Mətbuat Komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı Nikolas Löbeli qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Baden-Vürtemberq əyalətindən ilk dəfə parlamentə seçilmiş gənc Bundestaq üzvü N.Löbel, CDU/CSU fraksiyasında Qafqaz regionu üzrə məruzəçidir. O, məruzəçi olduğu ölkələrindən ilk səfərini məhz Azərbaycana həyata keçirməkdədir.

X.Xələfov ölkələr arasında yüksək səviyyəli siyasi dialoqdan məmnunluğunu ifadə edərək, bunun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini qeyd edib.

N.Löbel ölkəmizə səfərinin Cumhuriyyətimizin 100 illiyi ilə üst-üstə düşdüyünü bildirib. Azərbaycanın Almaniya üçün vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. Ölkəmizin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.

Tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. N.Löbel münaqişənin həll olunmasında Avropa İttifaqının digər üzvləri ilə fəal işləyəcəklərini qeyd edərək, status-kvonun qəbuledilməzliyini bir daha bəyan edib və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, Almaniyanın münaqişənin sülh yolu ilə həllinə dəstək göstərəcəyini bildirib.

Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələlərinin müzakirəsi çərçivəsində X.Xələfov Aİ ilə müzakirə olunan yeni sazişin razılaşdırılmasının sona çatmaqda olduğunu bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti