...

Tacikistanda “Dayanıqlı inkişaf üçün su” beynəlxalq konfransı keçiriləcək

Siyasət Materials 30 May 2018 18:46 (UTC +04:00)
Tacikistan hökumətinin təşəbbüsü, BMT-nin əməkdaşlığı və digər tərəfdaşlarla birgə 2018-ci il iyunun 20-22-də Düşənbə şəhərində “Dayanıqlı inkişaf üçün su” 2018-2028 Beynəlxalq fəaliyyət onilliyi üzrə yüksək səviyyəli Beynəlxalq konfrans keçiriləcək
Tacikistanda “Dayanıqlı inkişaf üçün su” beynəlxalq konfransı keçiriləcək

Bakı. Trend:

Tacikistan hökumətinin təşəbbüsü, BMT-nin əməkdaşlığı və digər tərəfdaşlarla birgə iyunun 20-22-də Düşənbədə “Dayanıqlı inkişaf üçün su” 2018-2028 Beynəlxalq fəaliyyət onilliyi üzrə yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Trend-ə Tacikistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbirdə 100 ölkədən 1000-dən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirliklərin rəhbərləri və yüksək vəzifəli nümayəndələr iştirak edəcək. Konfransın işində həmçinin beynəlxalq və regional təşkilatların, beynəlxalq maliyyə qurumlarının rəhbərləri və nümayəndələri, vətəndaş cəmiyyətləri və elmi-tədqiqat institutları iştirak edəcək.

Konfransın əsas hədəfləri 6-cı Dayanıqlı İnkişaf Məqsədinin və su ilə bağlı digər Dayanıqlı İnkişaf Məqsədlərinin vaxtlı-vaxtında və səmərəli icrası ilə bağlı məlumatlılığın artırılması, eləcə də 2018-2028 Beynəlxalq fəaliyyət onilliyi üzrə gələcək addımların qlobal, regional və ölkə səviyyəsində müzakirəsidir.

Bundan başqa, konfrans monitorinq, maliyyələşdirmə, potensialın inkişafı, innovasiya və texnologiyalarla, eləcə də informasiya-təbliğat fəaliyyəti, şəbəkələrin yaradılması və fəaliyyət üçün tərəfdaşlıq münasibətlərinin təbliğ olunması ilə bağlı məsələləri müzakirə etməyə imkan verəcək.

Konfrans “Dayanıqlı inkişaf üçün su” 2018-2028 Beynəlxalq fəaliyyət onilliyinin dərk olunmasının dərinləşməsinə, su ehtiyatlarının birgə idarə olunmasının təşviqinə, eləcə də Dayanıqlı İnkişaf Məqsədinin icrası üzrə fəaliyyətin aktivləşməsinə xidmət edəcək.

Konfrans, əsasən, aşağıdakı hədəflərə yönəlib:

- su ehtiyatları sahəsində beynəlxalq səviyyədə razılaşdırılmış hədəflərə nail olmaq məqsədilə hökumətlərin, BMT müəssisələrinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, eləcə də digər maraqlı tərəflərin beynəlxalq onillik fəaliyyət planının icrası üzrə səylərinin səfərbər olunması;

- 6-cı Dayanıqlı İnkişaf Məqsədinə və su ilə bağlı digər Dayanıqlı İnkişaf Məqsədlərinə bütün səviyyələrdə diqqətin artırılması;

- 6-cı Dayanıqlı İnkişaf Məqsədinə və su ilə bağlı digər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə əməkdaşlığın və tərəfdaşlığın möhkəmləndirilməsi;

- suyun dayanıqlılığa nail olmaqda və dayanıqlılığın olmamasının su ehtiyatlarına necə təsir etməsini daha yaxşı dərk etmək;

- “Dayanıqlı inkişaf üçün su” Beynəlxalq fəaliyyət onilliyinin icrası üzrə gələcək addımlarla bağlı tövsiyələr təqdim etmək;

- “Dayanıqlı inkişaf üçün su” Beynəlxalq fəaliyyət onilliyinin icrası üzrə Düşənbə konfranslarının rolunu müzakirə etmək;

- “Dayanıqlı inkişaf üçün su” Beynəlxalq fəaliyyət onilliyinin icrasının daimi monitorinqi və qiymətləndirilməsi üçün əsasın yaradılmasına kömək etmək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti