...

Tbilisidə keçirilən mitinq iştirakçıları ədliyyə nazirinin istefasını tələb edir

Siyasət Materials 31 May 2018 23:10 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın parlamenti binasının qarşısında keçirilən etiraz aksiyası nəticəsində ölkənin baş prokuroru istefaya qetdi. İndi isə mitinq iştirakçıları ədliyyə naziri Teya Tsulukianinin istefasını tələb edirlər.

Əvvəl baş prokurorluğun binası qarşısında mitinq keçirilib və nəticədə qurumun rəhbəri Şotadze istefa verib. Etiraz aksiyasının təşəbbüskarı ötən ilin dekabrında Tbilisinin mərkəzində öldürülən 16 yaşlı yeniyetmənin atası Zaza Saralidze olub. O hesab edir ki, prokurorluq bu işi qərəzli şəkildə araşdırır və hadisənin iştirakçılarından birini, qurumun keçmiş əməkdaşının oğlunu məsuliyyətdən yayındırmağa çalışır. Cümə axşamı Tbilisi şəhər məhkəməsi şübhəlilərdən birinə bəraət verdi, digərinin isə təqsirləndirildiyi maddəni daha yumşağı ilə əvəz etdi. Bu, öldürülən yeniyetmənin atasının qəzəbinə səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti