...

Karasin: Xəzərin statusu haqqında konvensiyanın qəbulu mübahisəli məsələləri həll edəcək

Siyasət Materials 6 İyun 2018 15:28 (UTC +04:00)
“Xəzər beşliyi” ölkələri avqust ayında keçiriləcək sammitdə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunması məsələsi üzərində işləyir
Karasin: Xəzərin statusu haqqında konvensiyanın qəbulu mübahisəli məsələləri həll edəcək

Bakı. Trend:

“Xəzər beşliyi” ölkələri avqust ayında keçiriləcək sammitdə Xəzərin hüquqi statusu haqqında konvensiyanın qəbul olunması məsələsi üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Q.Karasin bildirib ki, konvensiyanın hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb. Həmin konvensiya Xəzər dənizi ilə bağlı mübahisəli məsələləri, Xəzər hövzəsindəki ehtiyatların mənimsənilməsi kimi məsələləri nizamlayacaq.

Qeyd edək ki, Xəzəryanı ölkələrin sammitinin avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti