...

Fransalı ekspert: “Cənub Qaz Dəhlizi” Avropanın qaz bazarında rəqabəti gücləndirəcək

Siyasət Materials 13 İyun 2018 13:21 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın qaz bazarında rəqabəti gücləndirəcək
Fransalı ekspert: “Cənub Qaz Dəhlizi” Avropanın qaz bazarında rəqabəti gücləndirəcək

Bakı. Ləman Zeynalova – Trend:

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın qaz bazarında rəqabəti gücləndirəcək.

Bunu Trend-ə fransalı ekspert, Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

Ekspert qeyd edib ki, TANAP-ın açılışı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin əsas komponentlərindən biri reallığa çevrildi:

“Layihə vaxtlı-vaxtında və nəzərdə tutulmuş büdcə çərçivəsində reallaşdırılıb. TANAP-ın açılışı “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması prosesində müsbət addım olacaq”.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” ilə tədarük olunan qazın həcmləri çox böyük olmasa da, bu layihə Avropaya Azərbaycanın qismində yeni qaz mənbəyi təqdim edəcək:

“Azərbaycandan qaz təminatı zaman keçdikcə arta bilər. Bu isə gələcəkdə Avropa İttifaqına digər Xəzəryanı ölkələrdən qaz idxal etməyə imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti