...

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb

Siyasət Materials 27 İyun 2018 13:07 (UTC +04:00)
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncamına əsasən Azərbaycan Prezidenti Administrasiyasının işçilərinin say həddi 415-dən 425 ştat vahidinə kimi qaldırılıb.

Bundan başqa, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya, Birinci vitse-prezidentin işlərinin təminatı sektorunun əməkdaşlarının sayı 9-dan 14-ə, Birinci vitse-prezidentin Katibliyinin ştat vahidi isə 12-dən 16-ya artırılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın 4 köməkçisi var - Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov, Gündüz Kərimov.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti