...

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıda Əfqanıstanla bağlı görüşdə iştirak edəcək

Siyasət Materials 27 İyun 2018 16:39 (UTC +04:00)
ABŞ dövlət katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells Əfqanıstan üzrə Beynəlxalq Kontakt Qrupunun (BKQ) Bakıda keçirilən görüşündə iştirak edəcək.
ABŞ Dövlət Departamentinin rəsmisi Bakıda Əfqanıstanla bağlı görüşdə iştirak edəcək

Bakı. Trend:

ABŞ dövlət katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells Əfqanıstan üzrə Beynəlxalq Kontakt Qrupunun (BKQ) Bakıda keçirilən görüşündə iştirak edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Əfqanıstanda sülhün və təhlükəsizliyin gücləndirilməsinə dəstək vermək məqsədilə 50-dən çox dövlət və beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək. Görüş iştirakçıları Əfqanıstanda növbəti 10 ay ərzində keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinə hazırlıq işlərini müzakirə edəcək.

Azərbaycanda olarkən E.Uells Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərər keçirərək Azərbaycanın Əfqanıstan hökümətinə və NATO-nun Əfqanıstanda keçirdiyi missiyasına (Resolute Support Mission) verdikləri dəstəyə görə minnətdarlıq bildirəcək. Səfir E.Uells həmçinin İslam Əməkdaşlıq Təşkilatının, eləcə də Çin, Almaniya, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər dövlətlərin yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirəcək. Sözügedən dövlətlərin Ramazan Bayramı ilə əlaqədər bəyan olunan atəşkəsə verdikləri dəstək Əfqanıstanda sülh prosesinə verilən güclü beynəlxalq dəstəyin işarəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti