...

Türkiyə EA prezidenti: Türk alimləri üçün ortaq mükafatların təsis edilməsi çox əhəmiyyətlidir

Siyasət Materials 28 İyun 2018 12:55 (UTC +04:00)
Türk ölkələrinin alimləri üçün ortaq mükafatların təsis edilməsi çox əhəmiyyətlidir.
Türkiyə EA prezidenti: Türk alimləri üçün ortaq mükafatların təsis edilməsi çox əhəmiyyətlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Türk ölkələrinin alimləri üçün ortaq mükafatların təsis edilməsi çox əhəmiyyətlidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Ahmet Cevat Acar deyib.

Onun sözlərinə görə, Azərbaycanın türk ölkələri arasında elm və təhsil sahəsi üzrə nüfuzlu yeri var.

İlk dəfə Azərbaycana 1990-cı illərin əvvəllərində səfər etdiyini deyən Ahmet Cevat Azərbaycanın bu müddətdə sürətli şəkildə inkişaf etdiyini söyləyib.

Türk ölkələri arasında əlaqələrin daha da inkişaf etməsini vacib sayan akademiya prezidenti onu da qeyd edib ki, türk ölkələrinin ortaq dəyərləri çoxdur: "Bir qədər fərqli olsa da, eyni dildə danışırıq. Eyni inanc dəyərlərini paylaşırıq. Dünya ölkələri bir çox məsələlərdə birləşərkən bizim bir-birimizdən ayrı qalmağımız düzgün olmaz. Əlbəttə, hər bir ölkə müstəqilliyini davam etdirsin, buna mane ola bilmərik. Amma biz həm öz aramızdakı əlaqələri daha yaxşı inkişaf etdirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti