...

TREND-in Baş direktorunun müavini Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif olunub (FOTO)

Siyasət Materials 27 İyul 2018 10:19 (UTC +04:00)
TREND İnformasiya Agentliyində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə görüş keçirilib.
TREND-in Baş direktorunun müavini Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif olunub (FOTO)

Bakı. Trend:

TREND İnformasiya Agentliyində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə görüş keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində TREND-in Azərbaycan və Dağlıq Darabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri olduğu xüsusilə vurğulanıb.

Sonra TREND İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti tərəfindən təsis edilmiş medalla təltif olunub.

Medalı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti