...

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair işçi qrupun yekun kommünikesi qəbul edilib

Siyasət Materials 10 Avqust 2018 20:57 (UTC +04:00)
Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair İşçi Qrupunun 52-ci yekun iclasının kommünikesi qəbul edilib
Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair işçi qrupun yekun kommünikesi qəbul edilib

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair İşçi Qrupunun 52-ci yekun iclasının kommünikesi qəbul edilib.

Trend-in məlumatına görə, işçi qrupun yekun 52-ci iclası Aktauda keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

XİN-nin məlumatında deyilir: "İclasın gedişində tərəflər Beşinci Xəzər sammitinin sənədlərini hazırlamaq üzrə işləri yekunlaşdırıblar, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün gündəliyini müzakirə edib və razılaşdırıblar. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair danışıqlar prosesinin başa çatması ilə əlaqədar tərəflər çoxillik birgə iş zamanı əldə etdikləri nəticələri böyük məmnuniyyətlə qeyd ediblər. Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirərək, Qazaxıstana yekun görüşün yüksək səviyyədə təşkil edilməsi üçün təşəkkürlərini bildiriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti