...

Azərbaycan hava hücumundan müdafiə qoşunlarının məşğələləri keçirilir – S-300-lərin iştirakı ilə (FOTO/VİDEO)

Siyasət Materials 3 Sentyabr 2018 15:47 (UTC +04:00)
2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir.
Azərbaycan hava hücumundan müdafiə qoşunlarının məşğələləri keçirilir – S-300-lərin iştirakı ilə (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşğələlər zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti