...

Baş nazir Novruz Məmmədov Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edib

Siyasət Materials 4 Sentyabr 2018 09:00 (UTC +04:00)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibində dəyişikliklər edilib.
Baş nazir Novruz Məmmədov Dövlət Komitəsinin kollegiyasının
tərkibində dəyişiklik edib

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibində dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri;

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri;

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti