ABŞ Prezidentinin müşaviri Cənubi Qafqaz regionuna səfərə gəlir

Siyasət Xəbər 12 Oktyabr 2018 10:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə C.Bolton "Twitter"dəki səhifəsində yazıb.

Müşavir qeyd edib: "Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərlər edəcəyəm, həmkarlarımla və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcəyəm".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti